KredAqro Bank Olmayan Kredit Təşkilatı

KredAqro, 2000-ci ildə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycan sahibkarlarına maliyyə xidmətlərinin göstərilməsi məqsədilə yaradılmışdır. 2008-ci ildə Agentlik KredAqronun təsisçisi olan ACDI/VOCA-ya tam mülkiyyət hüququ vermişdir.

2008-ci il reytinqi KredAqronun öz maliyyə öhdəliklərini yerinə yetirmək üçün güclü potensiala sahib olduğunu, çox yaxşı fəaliyyətlərinin olmasını və hətta xarici və daxili hadisələrin təsiri zamanı belə onun öz stabilliyini qoruduğunu təsdiq etmişdir. KredAqro Azərbaycanda belə yüksək beynəlxalq reytinq alan ilk bank olmayan kredit təşkilatıdır.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının üzvü olan KredAqroya Mərkəzi Bankı tərəfindən kredit əməliyyatların aparılması üçün müddətsiz Xüsusi İcazə (lisenziya) verilmişdir.

KredAqro, Azərbaycanın regionlarında olan mikro və kiçik sahibkarlara biznes, ekspress, kənd təsərüffatı, lizinq və istehlak kreditlərinin verilişini təşkil etməklə onların təsərrüfatlarının iqtisadi imkanlarını artırmağa, həyat səviyyəsini yaxşılaşdırmağa yardım edir ki, bu da öz növbəsində onların yaşadığı cəmiyyətin və həmçinin qeyri-neft sektorunun inkişafına səbəb olur.

“Bizim maliyyə, Sizin mənfəət” sloqanı ilə fəaliyyət göstərən KredAqro müştərilərə göstərilən xidmətlərin keyfiyyətini müntəzəm olaraq yaxşılaşdırmaq , bu xidmətlərin əhatə dairəsini genişləndirmək və şərtləri təkmilləşdirməyi özün məqsəd seçmişdir.

Ən yüksək səviyyədə müştəri məmnuniyyətini qazanmağa imkan verən, zamanın tələblərinə uyğun və innovativ məhsul və xidmətlər təqdim edərək müştərilərin maliyyə ehtiyaclarını ödəyən KredAqro 2008 və 2012-ci illərdə Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafına verdiyi töhfələrə görə “Consulting and Business” jurnalının İqtisadiyyat və Biznes sahəsində "UĞUR" Milli Mükafatına layiq görülmüşdür.

2018-ci ildə KredAqro-nun təsisçisi ACDI/VOCA şirkəti öz iştirak payının 100%-ni Rusiya Federasiyanın “AqroMostFinans” şirkətinə satması ilə “AqroMostFinans” KredAqro-nun yeganə sahibi olmuşdur. Hazırda KredAqro-nun Sumqayıt, Quba, Ağdaş, Zaqatala, Qax, Bərdə, Gəncə, Tovuz, Qazax, Cəlilabad, Masallı və İsmayıllıda 12 filialdan ibarət şəbəkəsi vardır.

​http://www.kredaqro.com/ 

Əlaqə telefonu:

(012) 504 2222

E-poçt:

tezkredit@kredaqro.az

Kredit ərizəsi:

Gündə 24 saat, həftədə 7 gün

Kreditin təsdiqlənməsi:

Bazar ertəsi - Cümə: 09:00 - 18:00, Şənbə: 10:00-14:00
Bazar: qeyri-iş günü

©2018 KredAqro BOKT. Bütün hüquqları qorunur.