Kredit şərtləri

 

  • Kredit məbləği - minimum 400 AZN, maksimum 10000 AZN

    • 1-ci dövr müştəri üzrə müraciət məbləği maksimal 6000 azn

    • 2-ci dövr müştəri üzrə müraciət məbləği maksimal 8000 azn

    • 3-cü dövr müştəri üzrə müraciət məbləği maksimal 10000 azn

  • Kredit müddəti -  12 aydan 36 ayadək 

  • Faiz dərəcəsi illik 24-28% təşkil edir.  

    • I dövr müştərilər üçün kredit müddəti 3-18 ay olduqda illik – 27%, kredit müddəti 19 ay və ondan yuxarı olduqda isə 28%

    • II dövr müştərilər üçün kredit müddəti 3-18 ay olduqda illik – 26%-27%, kredit müddəti 19 ay və ondan yuxarı olduqda isə 27%-28%

    • III dövr müştərilər üçün kredit müddəti 3-18 ay olduqda illik – 25%-27%, kredit müddəti 19 ay və ondan yuxarı olduqda isə 26%-28%

    • IV və sonrakı dövr müştərilər üçün kredit müddəti 3-18 ay olduqda illik – 24%-27%, kredit müddəti 19 ay və ondan yuxarı olduqda isə 25%-28% 

  • Güzəştli faiz dərəcəsi aşağıdakı şərtlər yerinə yetirildikdə həyata keçirilir. Müraciətçinin təşkilatımızda mövcud olan  kredit üzrə ödəniş qrafiki annunitet qrafik olarsa yalnız kredit müddətinin 50 %-nin ödənildiyi , güzəşt dövrü və dəyişkən qrafik tətbiq edilmiş kreditlərdə isə kredit məbləğinin 40 %-nin , eyni zamanda kredit müddətinin isə 50 %-nin ödənildiyi təqdirdə müraciətçi növbəti dövr müştəri hesab edilə bilinər və faiz güzəşti müvafiq dövrlərə uyğun olaraq həyata keçirilə bilinər.

  • Verilən kreditin 1 %-i məbləğində komission haqq tutulur; Bundan əlavə olaraq müştərinin həyat sığortası üçün kredit məbləğindən 2-5,5% məbləğində sığorta haqqı tutulur.

  • Kreditin məbləği 5.000 AZN  dək olduqda minimum 1 zamin, məbləğ 5.001 - 10.000 AZN olduqda minimum 2 zamin tələb olunur.

  • Müştəri istədiyi vaxt erkən ödəniş edə bilər. Bu zaman o, yalnız ödənişə gəldiyi günə qədər hesablanmış faiz və cərimələri, həmçinin ana para üzrə qalıq borcunu tam şəkildə ödəməlidir.  

  • Kredit məbləği “Borcalan” tərəfindən təqdim edilmiş bank hesabına köçürülür və ya kart şəklində təqdim olunur. “Borcalan” tərəfindən təqdim edilmiş bank hesab məlumatlarında hər-hansı yanlışlıq olduğu təqdirdə, bu səbədən baş verə biləcək istənilən zərərə görə “Borcalan” məsuliyyət daşıyır. Kredit məbləğinin “Borcalan”a verilməsinin alternativ yolları “Kreditor”la “Borcalan” arasında əvvəlcədən qarşılıqlı razılaşma əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq tətbiq oluna bilər;

  • Geri ödənişlər “www.tezkredit.az"  internet ünvanında əks edilən kreditorun bank hesab(lar)ına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil edilməklə, həmçinin “www.tezkredit.az” internet ünvanında qeyd olunmuş digər ödəmə üsulları (onlayn, ödəniş terminalı) ilə həyata keçirilir;

  • Kredit hansı valyuta növündə verilmişdirsə, ödənişlər (əsas borc, faiz borcu, cərimə və s) həmin valyutada və ya ödəniş gününə Mərkəzi Bankın təyin etdiyi daxili məzənnə ilə milli valyutada ödənilməlidir;

  • FİFD 26,29%-dən başlayaraq

Telefon:

(012) 441 2134

E-mail:

tezkredit@kredaqro.az

Kredit müraciəti:

Həftədə 7 gün, gündə 24 saat

İş saatı:

Bazar ertəsi - Cümə: 09:00 - 18:00
Şənbə və bazar: qeyri-iş günü

©2019 KredAqro BOKT. Bütün hüquqları qorunur.